Avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır – VİDEObackend

Avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.

Avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır.

Təhlükəlikadrlar Bakı-Qazax yolunun Qobustandan keçən hissəsində çəkilib. Üzü paytaxt istiqamətində hərəkət edən avtobusun sürücüsü havanın dumanlı olmasına məhəl qoymayıb. Avtobus sürücüsü sərnişinlərin həyatını risqə atmaqdan çəkinmir. Avtobus azı saatda 140 km/ sürətlə hərəkət edir. Üstəlik manevrlər də edir. Qaydalari pozan avtobusun dövlət qeydiyyat nişanı 99-sh-403-dür.

Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Ekspertin sözlərinə görə, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü qanunun tələbini kobudcasına pozub.

Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Üstəlik sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.

Məsələ ilə bağlı dövlət avtomobil nəqliyyatı xidmətinin sözçüsü Nuridə Allahyarova bildirdi ki, artıq avtobusun hansı daşıyıcı şirkətə aid olduğu müəyyən edilib. Daşıyıcı şirkət qarşısında sürücü ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı tələb qoyulub.(Xezerxeber.az)