Tribuna İnformasiya Agentliyi

Avtobus qiymətləri qaldırıldı

16 Dekabr

Ötən gecə ölkə ərazisində müşahidə olunan qarlı hava bu gün səhər saatlarında ictimai nəqliyyatda süni qiymət artımına səbəb olub. 

Ötən gecə ölkə ərazisində müşahidə olunan qarlı hava bu gün səhər saatlarında ictimai nəqliyyatda süni qiymət artımına səbəb olub.

TİA.AZ xəbər verir ki, bu barəədə Publika.az sərnişinlər şikayət məktubu ünvanlayıb. Məlumata görə, 50 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüləri bu gün qarlı hava səbəbindən gediş haqqını 10 qəpik artıraraq sərnişinlərdən 30 qəpik alıblar. Bildiyiniz kimi, şəhərdaxili avtobuslarda qiymət 20 qəpikdir. Adıçəkilən avtobus da şəhərdaxili hərəkət etdiyi üçün təbii ki, o da bu qiymətlə fəaliyyət göstərir. Bu gün səhər saatlarında isə 50 saylı avtobusun sürücüləri sərnişinlərdən 30 qəpik ödəməyə məcbur ediblər.

Sərnişinlərin iradını sürücülər ətrafdakı qarı göstərməklə cavab veriblər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun İcitmai Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev gediş haqqını hava şəraitinin yox, Tarif Şurasının qərarı ilə tənzimləndiyini dedi: “Şəhərdaxili marşurutlarda qiymət artımı ilə bağlı Tarif Şurasının qərarı dəyişməyib və heç bir artım yoxdur. Yəni şəhərdaxili avtobuslarda gediş haqqı 20 qəpikdir. Adıçəkilən marşrut xətti sahibi ilə əlaqə saxlanılıb, məsələni araşdıracağıq. Daha sonra ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, bəzi taksilərdə də ötən gecə və bu gün səhər saatlarında 1 manatlıq artım müşahidə edilib.