Avstraliyada xilasetmə itləri güllələnəcək (SƏBƏB)backend

Avstraliyada xilasetmə itləri güllələnəcək (SƏBƏB)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Burk qraflığında (Avstraliya) yerli hakimiyyət orqanları bir qrup xilasetmə itini güllələmək qərarına gəliblər. Çünki onlar könüllülərin müşayiəti ilə pandemiya məhdudiyyətlərinin tətbiq olunduğu bir ştatdan keçməli olacaqdılar.
TİA.AZ xəbər verir ki, bu barədə “Sydney Morning Herald” nəşri məlumat yayıb.
Hadisənin Yeni Cənubi Uels əyalətində baş verdiyi və heyvan hüquqları müdafiəçilərini təşvişə saldığı bildirilir. Bir qrup it sığınacağa gedib, ancaq heyvanlar təyinat yerinə çatmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hökumətdə yoxlamaya başlayıblar. Səhiyyə Nazirliyi sığınacağın yerləşdiyi Kobar şəhərində koronavirusa yoluxma hadisəsinin qeydə alınmadığını açıqlayıb. COVID-19 kanalizasiya suyunda tapılıb.
Rayon Şurası və sığınacaq şərh verməkdən imtina edib.
Heyvan hüquqları müdafiəçiləri, itlərə “qansız atəş”in koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində açılmadığını söyləyirlər.
Heyvan hüquqları müdafiəçiləri “Şuranın bu cinayətin COVİD əleyhinə mübarizə çərçivəsində törədildiyinə dair qəbuledilməz bəhanələrini tamamilə rədd edirik”, – deyə bildiriblər.