Avropanın top-futbol klubları yeni Super Liqa yaratdı, FİFA ilə savaş başladıbackend

Avropanın top-futbol klubları yeni Super Liqa yaratdı, FİFA ilə savaş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropanın on iki aparıcı futbol komandası yeni bir turnir – Avropa Super Liqası yaratmaq haqda qərar verib. 
TİA.AZ xəbər verir ki, bu barədə bir sıra idman jurnalistləri press-relizə istinadən məlumat yayıb.
“Matçlar həftənin ortalarında keçiriləcək, qurucu klublar turniri idarə edəcək”, – sənəddə deyilir.
İngiltərə (“Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”), İspaniya (“Atletiko Madrid”, “Real Madrid”, “Barcelona”) və İtaliya (“İnter”, “Milan” və “Yuventus”) komandaları.
“İlk mövsüm başlamazdan əvvəl daha üç klubun qoşulacağı gözlənilir, bu da ən qısa zamanda başlayacaq. Gələcəkdə təsisçi klublar birlikdə çalışmaq üçün UEFA və FIFA ilə məsləhətləşmələr aparılacağına ümid edirlər”, – press-relizdə bildirilir.
“Real Madrid”in prezidenti Florentino Perez Avropa Super Liqasının sədri təyin edilib. Müavinləri Andrea Aqnelli (“Yuventus”) və Coel Qleyzerdir (“Mançester Yunayted”).
Beynəlxalq Futbol Federasiyasının mətbuat xidməti Avropa Super Liqası yaratmaq planlarını kəskin tənqid etdikləri bir açıqlama verib.
“FİFA rəhbərliyi bu yarışlar beynəlxalq futbol strukturlarının hüdudlarından kənara çıxdığı üçün Super Liqanın yaradılması planlarını qəbul etmir”, – açıqlamada deyilir.