Avropanın ən varlı adamı bir həftədə 8 milyard qazandıbackend

Avropanın ən varlı adamı bir həftədə 8 milyard qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb.

TİA.AZ-ın məlumatına görə, buna səbəb şirkət səhmlərinin qiymətinin artması olub.

Hazırda onun sərvəti 122 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Qeyd olunub ki, 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Eyni zamanda, 15 oktyabrda şirkət bu ilin doqquz ayında gəlirlərində 21 faiz azalma olduğunu açıqlayıb.