Avropanın altı ölkəsi Rusiyanın 100 diplomatını qovubbackend

Avropanın altı ölkəsi Rusiyanın 100 diplomatını qovub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Rusiyanın ölkədəki 2 konsulluğunu bağlayacaq.

TİA.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan başqa, Rusiyanın 13 diplomatı Latviyadan çıxarılacaq.

Digər Baltikyanı ölkə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın 14 diplomatı persona non qrata elan ediləcək. Bundan başqa, Rusiyanın ölkədəki 2 konsulluğu bağlanacaq.

Bununla da gün ərzində altı Avropa ölkəsindən çıxarılan Rusiya diplomatlarının sayı 100-ə çatıb.