Avropada tələblə bağlı yeni narahatlıqlar fonunda neftin qiymətləri azalırbackend

Avropada tələblə bağlı yeni narahatlıqlar fonunda neftin qiymətləri azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ölkələrində yeni karantin məhdudiyyətləri və Avropada tələblə bağlı yeni narahatlıqlar fonunda neft qiymətləri enir.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu gün 09:05-də (Bakı vaxtı ilə) Şimal dənizi Brent xam neft qarışığının may fyuçerslərinin qiyməti 0,43 % azalaraq 64,25 ABŞ dollara, WTI üçün may fyuçersləri 0,49 % azalaraq 61,15 ABŞ dollarına enib.

Neftin qiyməti həftəyə azalma ilə başlayır. Ötən həftənin sonunda, cümə günü aktiv böyüməyə baxmayaraq qiymətləri 6 % düşüb. Əmtəə qiymətlərindəki çöküş, bazarın AstraZeneca peyvəndinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarından qaynaqlanıb.

Bundan başqa, investorlar Avropada yeni karantin məhdudiyyətlərinin tətbiqi ilə bağlı narahatdırlar. Məsələn, Fransa Baş naziri Jan Kasteks, ötən həftə cümə günündən etibarən dörd həftə boyunca Paris də daxil olmaqla 16 fransız departamentində özünü təcrid rejiminin tətbiq olunduğunu elan edib. Xüsusilə “yüksək prioritet” siyahısında olmayan mağazalar bağlanacaq.

“Neft qırmızı və yaşıl bölgələr arasında dalğalanmaya davam edə bilər, tələb qorxusu və cəsur optimistlər arasında bölünə bilər. Çox güman ki, qiymətlər ən azı “OPEC+”ın növbəti addımına qədər mövcud səviyyənin ətrafında dəyişəcək”, – deyə “Vanda Insights”ın qurucusu Vandana Hari deyib.