“Avropada istehsal olunmayan Aİ-92-dən imtina etməyin vaxtı çatıb”backend

“Avropada istehsal olunmayan Aİ-92-dən imtina etməyin vaxtı çatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə zamanı A-92 benzini praktiki olaraq yoxa çıxıb. Əvvəllər bu benzin markası Ukraynaya Rusiya Federasiyasından və Belarusdan gətirilirdi.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu “Apostrof”a “A-95” konsaltinq qrupunun rəhbəri Sergey Kuyun deyib.

“Hələ Rusiya işğalından əvvəl ukraynalı treyderlər deyirdilər ki, sovet neft məhsulları sisteminin qalığı olan və on beş ildir Avropada istehsal olunmayan A-92-dən imtina etməyin vaxtı çatıb. İndi bu məsələ öz həllini tapıb. Çünki hazırkı partiyalarda bu marka demək olar ki, yoxdur “,- deyə ekspert bildiirb.

Kuyun həmçinin bazarda saxta benzinin – “bodiage” adlanan benzinin miqdarının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib. O, bunu belə məhsul istehsal edən mini neftayırma zavodlarının bir hissəsinin Rusiya raketləri tərəfindən məhv edilməsi ilə əlaqələndirir.

“Bu səbəbdən də, indi onları istehsal etməyə yer yoxdur. Bundan başqa, tələb olunan oktan sayını təmin etmək üçün belə sənaye sahələrində Rusiyadan gətirilən xüsusi aşqarlardan geniş istifadə olunurdu. İndi təbii ki, belə tədarüklər dayanıb”,- deyə o izah edib.

Kuyun tədarükçülərin “bodiage”ə marağının azalmasının digər səbəbi kimi yanacaq bazarında tətbiq edilən vergi güzəştlərini göstərir.

“Belə istehsalla məşğul olan treyderlərin əsas məqsədi vergidən yayınmaq idi. Və onların böyük əksəriyyəti indi ləğv olunduğundan bu cür əməliyyatlar praktiki olaraq mənasını itirib”,- deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynada dolların məzənnəsindəki sıçrayışdan sonra yanacaqdoldurma məntəqələrində qiymətlər artmağa başlayıb.