Bu gün böyük futbol ölkələrindən bir neçəsində superkubok həyəcanı yaşanacaq.
TİA.AZ xəbər verir ki, İngiltərə, Niderland, Türkiyə, Portuqaliya və Almaniyada superkubok qarşılaşmaları keçiriləcək.
Gecənin ilk qarşılaşması “Dumanlı Albion”da olacaq. Belə ki, “Liverpul” “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Başlama vaxtı: 20:00
Hakim: Kreyq Pavson
Arena: “Kinq Pover Stadium”
Günün ikinci superkubok qarşılaşması Türkiyədə baş tutacaq. “Trabzonspor” “Sivasspor”u imtahana çəkəcək.
Başlama vaxtı: 21:45
Hakim: Mete Kalkavan
Arena: “Ataturk Olimpik Stadyum”
Futbol marafonu Niderlandda davam edəcək. Əzəli rəqiblər “Ayaks” və PSV qarşılaşacaqlar.
Başlama vaxtı: 22:00
Hakim: Dennis Hayler
Arena: “Yohan Kroyf Arena”
Almaniyada da superkubok öz sahibini tapacaq. “RB Leypziq” və “Bayern” komandaları kimin daha güclü olduğunu aydınlaşdıracaq.
Başlama vaxtı: 22:00
Arena: “Red Bul Arena Leypziq”
Və son olaraq Portuqaliyada baş tutacaq “Porto” “Tondela” matçında cütün qalibi muzeyini daha bir kubok ilə zənginləşdirəcək.
Başlama vaxtı: 23:45
Arena: “Estadio Munisipal de Aviero”