Tribuna İnformasiya Agentliyi

Avropada ən bahalı milad ağacı Münhendə quruldu – FOTO/VİDEO

04 Dekabr

Qiymətli metal alveri ilə məşğul olan Almaniyanın “Pro Aurum” şirkəti Mühnendə ən bahalı milad ağacını qurub.

Bununla bağlı İsveçrənin “Blick” nəşri məlumat yayıb.

Bildirilir ki, ağacın dəyəri 2,3 milyon avrodur.

Milad ağacının üzərinə 63 kiloqram ağırlığında qızıl qəpiklər düzülüb. Ağac “Pro Aurum”un ofisində dekabrın 15-dək qalacaq.