Tribuna İnformasiya Agentliyi

Avropa İttifaqı Bakı və İrəvanı dialoqa çağırdı

09 Dekabr

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir. 

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.

TİA.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ötən gün Hamburqda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını şərh edən Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.

M.Mardın sözlərinə görə, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəkləyir: “Biz hesab edirik ki, münaqişə tərəfləri arasında dialoq çox vacibdir”.