Tribuna İnformasiya Agentliyi

AVROPA PARLAMENTİNİN AZƏRBAYCANA MÜNASİBƏTİ DƏYİŞKƏNDİR

14 Aprel

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Brüsselə səfəri başa çatıb. 


Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Brüsselə səfəri başa çatıb.


 Avropa Parlamentinin dəvəti ilə 9 aprel tarixindən Belçikada işgüzar səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib və müzakirələr aparıblar.

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri xanım Anna Fotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının regionda sülhün təmin olunmasında daha fəal rol alması ətrafında fikir mübadiləsi aparılıb.


Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqların başlamasına münasibətini bildirən siyasi elmlər doktoru, professor Elman Nəsirli TİA.AZ-a bildirdi ki, münaqişənin birbaşa həlli missiyasını üzərinə götürən təşkilat ATƏT-in Minsk qrupudur: “Bu qurum 1992-ci ilin 24 mart tarixində yaranıb. 2017-ci ilin mart ayının 24-də 25 yaşı tamam oldu və 26-cı ilə qədəm qoydu. Amma fəaliyyətlərinin nəticəsində bir addım belə atılmayıb. Bir çox hallarda hətta geriləmə tendensiyası da var. Əslində bu işlə bu qurum məşğuldur. Amma digər qurumlar- Avropa İttifaqı, Avropa İttifaqının Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, BMT və digər bu  kimi qurumlar da münaqişəylə bağlı sənədlər, qətnamələr qəbul edib,  öz mövqelərini bildiriblər. Amma son NATO-nun özüdür. Son nəticədə onların yanaşması belədir ki, bu münaqişəni Ermənistan və Azərbaycan tərəfləri özləri həll etməlidir. ATƏT-in Minsk qrupunun vasitçiliyi ilə onlar hər hansı bir razılaşma versələr, Avropa İttifaqı da, Avropa Parlamenti də, NATO və digər qurumlar da bu razılaşmanı dəstəkləyəcəklər və öz imkanları daxilində sülh prosesinə dəstək, töhfə verəcəklər. Fikir versəz, önə ATƏT-i çəkirlər və onlarla əldə edilmiş razılaşmanı ön plana çıxardırlar”.



Ekspert deyir ki,  Avropa Parlamenti 2010-ci ildə Ermənistanı işğalçı dövlət elan etməklə bağlı bir sənəd qəbul edib: “Bir çox hallarda Avropa Parlamentinin münqişəylə bağlı məsələlərdə obyektiv yanaşmalarının şahidi olmuşuq. Eyni zamanda qərəzli yanaşmalarının da şahidi olmuşuq. Ziq-zaqvarı bir davranış tərzi nümayiş etdirirlər. Avropa Parlamentində Azərbaycanı dəstəkləyən qüvvələr də var. Eyni zamanda Azərbaycanla təzyiq dilində danışmaq şərtini seçən qüvvəllər, bizə şər-böhtan atmaq istəyən qüvvələr də var. Bilirsiz ki, Avropa Parlamenti I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Azərbaycana qarşı qətnamə qəbul etmək istəyirdi. Amma son nəticədə bu baş tutmadı. Yenidən anti-Azərbaycan kampaniyası keçirildi.

Avropa Parlamentinin fəaliyyəti ilə bağlı demək istəyirəm ki, birmənalı davranış tərzi yox, müxtəlif təməl yanaşmalar özünü göstərir. 


Biz ümid bəsləyirik ki, Avropa Parlamentində sağlam qüvvələr, Azərbaycanın regiondakı yerini və rolunu düzgün qiymətləndirən qüvvələr, Azərbaycanın beynəlxalq sülhə və gənclərə çox böyük töhfə verdiyinin fərqində olan qüvvələr münaqişəylə bağlı Azərbaycanın beynəlxalq hüquq, norma və prinsiplərinə söykənən mövqeyini dəstəkləyəcəklər və bu dəstəkləmə nəticə etibarı ilə münaqişənin həlli imkanlarını genişləndirə bilər. Münaqişənin həlli ilə bağlı dalana dirənmiş prosesə müsbət təsir göstərə bilərlər. Müəyyən stimullar yarana bilər. Bu nöqteyi-nəzərdən biz ümid bəsləyirik. Amma bir daha qeyd etmək istəyirəm ki, münaqişənin həlli istiqamətini öz üzərinə götürən təşkilat Avropa İttifaqının Avropa Parlamenti deyil, bu ATƏT və onun Minsk qrupudur”.


İlahə