Tribuna İnformasiya Agentliyi

Avropa ölkəsi robotlara vətəndaşlıq verəcək

03 Noyabr
Maltanın Digital İqtisadiyyat və İnnovasiya naziri Silvio Şembri ölkənin milli süni intellekt strategiyası ilə bağlı mətbuat konfransı keçirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, nazir Maltanın bu sahədə dünyanın qabaqcıl 10 ölkəsi sırasında yer almaq niyyəti barədə danışıb. Layihəyə 2019-cu ildə start veriləcək. Gələcəkdə süni intellektə vətəndaş verilməsi planlar arasındadır. Hökümət məsələ ilə bağlı “SingularityNET” şirkəti ilə əməkdaşlıq edir.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı “Hanson Robotics” tərəfindən hazırlanan Sofiya adlı robota vətəndaşlıq verib.