Avropa Məhkəməsi 3 əcnəbi arxeoloqun Azərbaycana qarşı şikayətini rədd etdibackend

Avropa Məhkəməsi 3 əcnəbi arxeoloqun Azərbaycana qarşı şikayətini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Avropa Məhkəməsi britaniyalı Tania King, Peter Andreus və ispaniyalı Yolanda Fernadesin Azərbaycana qarşı şikayətləri üzrə qərardadını elan edib.
Qaynarinfo xəbər verir ki, bu haqda hüquqşünas Xalid Ağalı məlumat verib. Bu işdə ərizəçilər 1999-2017-ci illərdə Azərbaycanın həmin vaxtlarda işğal altında olan Azıx mağarasında tədqiqat və qazıntılar aparmış arxeoloqlar olub. Onlar mağarada tədqiqatlar aparıb, 2016-cı ildə tədqiqatın nəticələrini əks etdirən kitab nəşr etdiriblər.

 

Ərizəçilərə Azərbaycan ərazilərinə qanunsuz səfər etmək və başqa ittihamlarla cinayət işi açılıb, onların saxlanılıb həbs edilməsinə qərar verilib. İnterpolun Azərbaycan Milli Bürosu isə ərizəçilər barəsində beynəlxalq axtarış elan edib. Ancaq bir müddət sonra İnterpolun Baş Katibliyi beynəlxalq axtarışın dayandırılmasına qərar verib. Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyi ərizəçilərin adlarını işğal olunmuş ərazilərə qanunsuz səfər etdiklərinə görə arzuolunmaz şəxslər siyahısına daxil edib.
AİHM ərizəçilərin 2017-ci ildə barələrindəki hüquqi prosedurlardan birbaşa Avropa Məhkəməsinə göndərdikləri şikayəti daxili müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən qəbuledilməz sayıb.
AİHM-ə yenidən şikayət göndərən ərizəçilər bu dəfə iddia ediblər ki, daxili müdafiə vasitələrini tükəndirmək üçün Azərbaycanda onları təmsil etməyə vəkil tapa bilməyiblər. Ancaq bununla bağlı hər hansı dəstəkləyici sənəd təqdim etməyiblər. Məhkəməyə Azərbaycan prokurorluğu ilə bəzi yazışmalarını təqdim ediblər. Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, onlara münasibətdə şəxsi həyata hörmət, effektiv müdafiə vasitələrinə və hərəkət azadlığına malik olmaq hüquqları pozulub.
Bütün hallarda daxili müdafiə vasitələrini tükənirmənin vacibliyini xatırladan AİHM ərizəçilərin işə baxılmasını zəruri edəcək hər hansı sübutlar təqdim edə bilmədiyini vurğulayıb və şikayətin qəbuledilməz elan olunmasına qərar verib.