Avropa Liqasında 1/4 və 1/2 final cütlükləri bəlli olurbackend

Avropa Liqasında 1/4 və 1/2 final cütlükləri bəlli olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

TİA.AZ-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.

Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.

Avropa Liqası

1/4 final

“Leyptsiq” (Almaniya)

“Barselona” (İspaniya)

“Atalanta” (İtaliya)

“Braqa” (Portuqaliya)

“Reyncers” (Şotlandiya)

“Vest Hem” (İngiltərə)

“Ayntraxt” (Almaniya)

“Lion” (Fransa)

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Roman Sançes-Pisxuan” stadionunda oynanılacaq.