Avropa Liqasında 1/4 final mərhələsinə start verildi-VİDEObackend

Avropa Liqasında 1/4 final mərhələsinə start verildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

TİA.AZ-ın məlumatına görə, 4 qarşılaşmadan yalnız birində qalib müəyyənləşməyib.

Turnirin iddialı komandalarından İngiltərə “Mançester Yunayted”i İspaniyada “Qranada”nı 2:0 hesabı ilə məğlub edib. Qolları 11-ci dəqiqədə Markus Reşford və 90-cı dəqiqədə penaltidən Brunu Fernandeş vurublar.

İngiltərənin digər təmsilçisi “Arsenal” Londonda Çexiyanın “Slaviya” (Praqa) kollektivi ilə matçda qələbəni son dəqiqələrdə əldən verib – 1:1

“Ayaks” Niderlandda İtaliya “Roma”sına 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 39-cu dəqiqədə Devi Klassenin qolu ilə Amsterdam təmsilçisi açsa da, “canavarlar” 57-ci dəqiqədə Lorenzo Pelleqrininin, 87-ci dəqiqədə isə İbanyesin vurduğu qollarla səfərdə vacib qalibiyyət əldə edib.

İspaniya “Vilyarreal”ı isə Xorvatiyada Zaqreb “Dinamo”suna minimal hesabla qalib gəlib. Qonaqların qoluna 44-cü dəqiqədə penaltidən Jerar Moreno imza atıb.

Avropa Liqası, 1/4 final
İlk oyunlar

23:00. “Qranada” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2

Qollar: Markus Reşford, 31, Brunu Fernandeş, 90 (penalti)

23:00. “Arsenal” (İngiltərə) – “Slaviya” Praqa (Çexiya) – 1:1

Qollar: Nikolya Pepe, 86 – Tomaş Holeş, 90+4

23:00. “Ayaks” (Niderland) – “Roma” (İtaliya) – 1:2

Qollar: Devi Klassen, 39 – Lorenzo Pelleqrini, 57, Rojer İbanyes, 87

İstifadə edilməyən penalti: Duşan Tadiç, 53 (“Ayaks”)

23:00. “Dinamo” Zaqreb (Xorvatiya) – “Vilyarreal” (İspaniya) – 0:1

Qol: Jerar Moreno, 44 (penalti)

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.