Avropa Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdibackend

Avropa Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

Almaniyanın Duysburq şəhərindəki “MSV Arena”da İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə üz-üzə gəlib. Görüş “Sevilya”nın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 88-ci dəqiqədə Lukas Okampos vurub.

Gecənin digər oyunu isə Gelzenkirxendəki “AufŞalke Arena”da olub. Ukrayna “Şaxtyor”u ilə İsveçrə “Bazel”inin duelində sevinən Donetsk klubu olub. Oyuna erkən qolla başlayan ukraynalılar 2-ci dəqiqədə hesabı açıblar. Junior Moraes adını tabloya yazdırıb. Bundan 20 dəqiqə sonra isə Tayson komandasının üstünlüyünü 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda “Şaxtyor” daha 2 qol vurub. Əvvəlcə 75-ci dəqiqədə penaltidən Alan Patrik, 88-ci dəqiqədə isə Dodo fərqlənib. Oyunda son nöqtəni isə “Bazel”in heyətində Rikki Van Volfsvinkel qoyub – 4:1. Beləliklə, “Şaxtyor” inamlı qələbə ilə yarımfinala adlayıb.

Qeyd edək ki, yarımfinalda “Şaxtyor” İtaliya “İnter”i, “Sevilya” isə İngiltərə “Mançester Yunayted”i ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları avqustun 16-da və 17-də keçiriləcək.