Avropa Liqası: Finala keçən komandalar bəlli olub-VİDEObackend

Avropa Liqası: Finala keçən komandalar bəlli olub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.

TİA.AZ xəbər verir ki, Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan “Leyptsiq” bu dəfə “Reyncers”lə Şotlandiyada üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən ev sahibləri finala vəsiqə əldə ediblər.

Gecənin digər oyununda isə Almaniya “Ayntraxt”ı evdə İngiltərə “Vest Hem”ini qəbul edib. Almaniya təmsilçisi 1:0 hesabı ilə meydandan qalib ayrılaraq finalçı adını qazanıb.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.

“Reyncers” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) – 3:1
Qollar:
 Ceyms Tavernye, 19. Qlen Kamara, 24. Con Landstrem, 81 – Kristofer Nkunku, 71
İlk oyun – 0:1

“Ayntraxt” (Almaniya) – “Vest Hem” (İngiltərə) – 1:0
Qol: 
Rafael Borre, 26
Qırmızı vərəqə: Aaron Kressuell, 17 (“Vest Hem”)
İlk oyun – 2:1

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.