Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcəkbackend

Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək.

TİA.AZ-ın məlumatına görə, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya “İnter”i ilə Ukrayna “Şaxtyor”u qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək.

Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniya “Sevilya”sı ilə üz-üzə gələcək. “Sevilya” yarımfinalda İngiltərə “Mançester Yunayted”ini üstələyib – 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq.