Tribuna İnformasiya Agentliyi

Avropa İttifaqı qan təzyiqi normalarının göstəricilərini dəyişdi – Yeni standart…

08 Sentyabr
Moderator.az xarici mətbauta istinadən xəbər verir ki, Avropa həkimləri qan təzyiqi normalarının göstəricilərini dəyişib.
Mənbənin verdiyi məlumata görə sonuncu dəfə standart 2013-cü ildə yenilənib, amma yeni tədqiqatlar imkan verib ki, normaları daha dəqiq korrektə etmək mümkün olsun.
Avropa kardiologiya cəmiyyətinin Münhen konfransında əsasən arterial hipertenziyanın müalicəsi üzrə praktikada tətbiq olunanların yenilənməsinə baxılıb. Əvvəllər qan təzyiqini 140-90-a kimi aşağı endirəndə müalicə uğurlu hesab olunurdu. İndi bu sərhəd 130-80-ə olub.
65 yaşadək təzyiqin yuxarı həddinin 120-129 olması, aşağı hissənin 80-i keçməməsi ideal hesab olunub.