AVROPA İLƏ BAKI ARASINDA TARİXİ QAZ ANLAŞMASI – UKRAYNA SAVAŞININ QIZĞIN DÖVRÜNDƏ… – GÜNÜN ŞƏRHİbackend

AVROPA İLƏ BAKI ARASINDA TARİXİ QAZ ANLAŞMASI – UKRAYNA SAVAŞININ QIZĞIN DÖVRÜNDƏ… – GÜNÜN ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Avropa Birliyi ilə yeni enerji sazişinin imzalanması, Avropa Komissiyanın sədri Ursula fon der Leyenin ölkəmizə səfəri çox önəmli hadisədir. TİA.Az məlumat verir ki, iqtisadçı ekspert Natiq Cəfərli AK sədri ilə Prezident İlham Əliyevin Bakıdakı görüşünə belə qiymət verib. Onun sözlərinə görə, bu saziş tək ölkənin deyil, bölgəmizin də qorunmasını, önəmini artıracaq, yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək: “Cənubi Qafzaqda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq. Yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq, bundan başqa iqtisadi olaraq məmləkətin Qərbə bağlantısını möhkəmləndirəcək. Uzun müddətdir ki, Azərbaycan ilə AB arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir.

Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi – indi imzalanacaq qaz anlaşması AB ilə geniş müqavilənin də önünü açır, düşünürəm ki, yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də imzalanacaq”.
Ekspert hesab edir ki, Azərbaycan–AB arasında əlaqələrin genişlənməsi məmləkətimizin strateji dövlət maraqlarına tam uyğundur, ölkəmizin Qərblə daha sız bağlanmasına səbəb olacaq.

TİA.Az