Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının VIII tur üçün heyətləri bəlli olubbackend

Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının VIII tur üçün heyətləri bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

TİA.AZ-ın məlumatına görə, kişilərdən ibarət komanda Ukrayna yığması ilə, qadınlar isə Macarıstanla üz-üzə gələcək.

Qeyd edək ki, 7 turdan sonra 11 xalı olan kişilərdən ibarət yığma Ukrayna ilə birlikdə şərikli liderdir. Qadınlar isə 9 xalla Polşa, Niderland və Macarıstanla birgə 5 – 8-ci yerləri bölüşür.

Avropa çempionatı, VIII tur
20 noyabr

Kişilər

Azərbaycan – Ukrayna

Teymur Rəcəbov – Anton Korobov

Rauf Məmmədov – Andrey Volokitin

Qədir Hüseynov – Yuri Kuzubov

Nicat Abbasov – Kirill Şevçenko

Qadınlar

Macarıstan – Azərbaycan

Sidoniya Lazarne – Günay Məmmədzadə

Titsiya Qara – Gülnar Məmmədova

Joka Qaal – Xanım Balacayeva

Barbara Mihok-Yuhas – Gövhər Beydullayeva