Avropa Birliyi Rusiyaya qarşı fərdi sanksiyaların müddətini yenə uzatdıbackend

Avropa Birliyi Rusiyaya qarşı fərdi sanksiyaların müddətini yenə uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiya Federasiyasına qarşı tətbiq edilən fərdi sanksiyaların müddətinin uzadılmasını bir daha təsdiqləyib. Sanksiyalar siyahısına 177 şəxs və 48 təşkilat daxildir.
TİA.AZ xəbər verir ki, indi AB Şurası müəyyən bir prosedura uyğun olaraq müvafiq rəsmi qətnamə qəbul etməlidir. Avropa Birliyinin rəsmi jurnalında dərc edildikdən sonra sanksiyaların uzadılması qüvvəyə minəcək.
Sanksiyalara Avropaya səyahətə qoyulan məhdudiyyətlər, maliyyə aktivlərinin dondurulması və siyahıdakı şəxslərə pul və digər iqtisadi qaynaqların verilməsinin qadağan edilməsi daxildir.
Rusiyaya qarşı fərdi sanksiyalar bundan əvvəl bu ilin martında – sentyabrın 15-dək uzadılmışdı. Sanksiyalar ilk dəfə 2014-cü ilin mart ayında təqdim edilib.