“AVROMED” DƏRMANLARINI APTEKLƏRDƏN YIĞIR – MÜƏMMALI QƏRARbackend

“AVROMED” DƏRMANLARINI APTEKLƏRDƏN YIĞIR – MÜƏMMALI QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avromed” firması apteklərdən bir sıra məhsulları müsadirə etməyə başlayıb. TİA.Az-a verilən məlumata görə, şirkətlə əməkdaşlıq edən apteklərə “Avromed” tərəfindən dərmanların siyahısı təqdim olunub. Şirkət heç bir əsas gətirmədən həmin dərmanları apteklərdən yığışdırır. Aptek sahiblərinə də qaranlıq qalıb ki, “Avromed” niyə belə addım atır. Əczaçıların sözlərinə görə, “Avromed”in verdiyi siyahı üzrə dərmanların heç birinin nə istifadə müddəti başa çatıb, nə yararsızdır. Ehtimal edirlər ki, ya şirkət verdiyi malların saxta olduğu qənaətinə gəlib, ya da dərmanları depolara yığıb hansısa prosesə hazırlaşırlar. Ancaq şirkət heç bir izah vermir və gözlənilmədən mallarını apteklərdən yığır. Mövzunu diqqətdə saxlayacağıq. Qeyd edək ki, “Avromed” əsas sahibi deputat Cavanşir Feyziyevdir. Özü səhmlərini satdığını bildirsə də, məlumatlara görə, qeyri-rəsmi nəzarət yenə oliqarx deputatdadır.

TİA.Az