Tribuna İnformasiya Agentliyi

Avro dollara nisbətdə kəskin ucuzlaşdı

07 May

Avro dollara nisbətdə son beş ayın ən aşağı səviyyəsinə düşüb.

Tia.az xəbər verir ki, avro/ dollar məzənnəsi 1.1579 avro ilə dekabrdan bu yana ən aşağı həddə düşüb.

Qeyd edək ki, birjalarda dollar önəmli valyutalara nisbətdə güclənməkdə davam edir. ABŞ dollarının G-10 ölkələrinin valyutalarına nisbətini izləyən “Bloomberg” Dollar Spot İndeksi 0.29 faiz artaraq, 1,159.81 bal olub.

Dollar İndeksi (DXY) isə 0.37 faiz yüksələrək, 92.913 bal səviyyəsində qeydə alınıb.