AVRO-2020: Ukraynalılar Rusiya bayrağı tutan azarkeşə hücum etdi-VİDEObackend

AVRO-2020: Ukraynalılar Rusiya bayrağı tutan azarkeşə hücum etdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Avropa çempionatında Ukrayna yığmasının əlavə vaxtda İsveçi 2:1 hesabı ilə yendiyi 1/8 final oyunu zamanı azarkeşlər arasında dava düşüb.

TİA.AZ-ın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilmiş oyuna fanatlardan biri Rusiya bayrağı ilə gəlib.

Bunu görən bir neçə ukraynalı tərəfdar ona hücum edib. Araya həmin fanatın yanında olan və əlində Ukrayna bayrağı tutmuş şəxs girib.

Qeyd edək ki, Rusiya millisi AVRO-2020-nin qrupunda qaldığı halda, Ukrayna yığması artıq 1/4 finala yüksələrək, İngiltərəyə rəqib olub. İyulun 3-də İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.