AVRO-2020: Son finalçılar məlum oldubackend

AVRO-2020: Son finalçılar məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AVRO-2020-nin pley-off mərhələsinin oyunlarına start verilib.  Avropa çempionatına son 4 vəsiqə uğrunda 16 komanda mübarizə aparıb.

A, B, C və D yolunda hərəsində 2 olmaqla, ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gəlib. Nəticələr belə olub:

8 oktyabr

AVRO-2020

Pley-off, ilk oyunlar

A yolu

22:45. Bolqarıstan – Macarıstan – 1:3

Qollar: Georgi Yomov, 89 – Villi Orban, 17. Jolt Kalmar, 47. Nemanya Nikoliç, 75

22:45. İslandiya – Rumıniya – 2:1

Qollar: Gilfi Siqurdsson, 16; 35 – Aleksandru Maksim, 63 (pen.)

B yolu

22:45. Bosniya və Herseqovina – Şimali İrlandiya – 1:1 (PENALTİLƏRLƏ – 3:4)

Qollar: Rade Kruniç, 14 – Nayall Makginn, 53

22:45. Slovakiya – İrlandiya – 0:0 (PENALTİLƏRLƏ – 4:2)

C yolu

22:45. Norveç – Serbiya – 1:2 (ƏLAVƏ VAXT – 0:1)

Qollar: Matias Normann, 88 – Sergey Milinkoviç-Saviç, 82; 102

22:45. Şotlandiya – İsrail – 0:0 (PENALTİLƏRLƏ – 5:3)

D yolu

22:45. Gürcüstan – Belarus – 1:0

Qol: Tornike Okriaşvili, 7 (pen.)

22:45. Şimali Makedoniya – Kosovo – 2:1

Qollar: Benjamin Kololli, 16 (öz qapısına). Darko Velkoski, 33 – Floran Haderconay, 29

Beləliklə, noyabrın 12-də keçiriləcək final mərhələsində qarşılaşacaqlar:

Serbiya – Şotlandiya

Gürcüstan – Şimali Makedoniya

Şimali İrlandiya – Slovakiya

Macarıstan – İslandiya

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.