AVRO-2020: İtaliya Belçikaya qalib gəldibackend

AVRO-2020: İtaliya Belçikaya qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Münxen şəhərində AVRO-2020-nin 1/4 final mərhələsinin ikinci görüşündə Belçika İtaliya ilə qarşılaşıb.

TİA.AZ xəbər verir ki, İtaliya 31-ci dəqiqədə Nikolo Barella ilə hesabı açıb.

Oyunun 44-cü dəqiqəsində Lorentso İnsinye ikinci qolu vurub. 45+1-ci dəqiqədə isə Romelu Lukaku 11 metrlik zərbə ilə fərqi birə endirib.

İlk hissədə vurulan qollar sayəsində İtaliya meydandan qalib ayrılıb. Bununla da İtaliyanın yarımfinalda Londonda İspaniya ilə qarşılaşacaq.