AVRO-2020: Bakıdakı ilk oyunda qalib müəyyənləşmədibackend

AVRO-2020: Bakıdakı ilk oyunda qalib müəyyənləşmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AVRO-2020-nin qrup mərhələsinin I turu davam edir.
TİA.AZ xəbər verir ki, ikinci oyun gününə Bakıda start verilib.
Azərbaycan tarixdə ilk dəfə Avropa çempionatının oyununu qəbul edib. Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gəlib.
Qarşılaşmanın ilk 45 dəqiqəsi isveçrəlilərin üstünlüyü şəraitində keçib. Topa nəzarət edən Vladimir Petkoviçin yetirmələri qol imkanları yaratsa da, bundan istifadə edə bilməyib. Uelsin azsaylı əks-hücumları təhlükəli, amma nəticəsiz olub.
Bu görüşlə A qrupunda ilk tura yekun vurulub. Bir gün öncə Türkiyəni 3 cavabsız qolla üstələyən İtaliya ilk turdan liderliyi ələ alıb.
İkinci hissəyə də fəal başlayan isveçrəlilər 49-cu dəqiqədə hesabı açıb. Bril Embolo AVRO-2020-nin Bakı Olimpiya Stadionunda ilk qolunun müəllifi olub. Məğlub duruma düşən Robert Peycin yetirmələri hesabda tarazlıq yaratmağa müvəffəq olublar. Lakin Kiffer Murun qolu böyük britaniyalıları məğlubiyyətdən xilas edib. Düzdür, isveçrəlilərin futbolçusu Mario Qavranoviç qol sevinci yaşayıb. Lakin onun sevinci qısa sürüb. Baş hakim Klemen Turpin VAR-ın tətbiqindən sonra qolu ləğv edib. Beləliklə, AVRO-2020-nin ilk heç-heçəsi Bakıda qeydə alınıb – 1:1.
Qeyd edək ki, bu gün AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.
AVRO-2020
Qrup mərhələsi
A qrupu, I tur
12 iyun
Uels – İsveçrə 1:1
Qol: Kiffer Mur, 76 – Bril Embolo, 49.
Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (K), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.
Ehtiyat oyunçular: Ueyn Hennessi, Adam Deyvis, Ceyms Laurens, Kris Qanter, Ben Kabango, Riys Norrinqton-Deyvis, Neko Uilyams, Conatan Uilyams, Rubin Koluill, Etan Ampadu, Mettyu Smit, Dilan Lüitt, Devid Bruks, Harri Uilson.
Baş məşqçi: Robert Peyc.
İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 22. Fabian Şer, 23. Cerdan Şakiri.
Ehtiyat oyunçular: Yonas Omlin, İvon Mvoqo, Loris Benito, Eray Cömert, Jordan Lotomba, Beçir Omeragiç, Silvan Vidmer, Kristian Fassnaxt, Edimilson Fernandeş, Cerdan Şakiri, Cibril Sou, Denis Zakariya, Stiven Tsuber, Ruben Varqas, Mario Qavranoviç, Admir Mehmedi.
Baş məşqçi: Vladimir Petkoviç.
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa). Srcan Yovanoviç (Serbiya).
Bakı. Bakı Olimpiya Stadionu.
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels matçı ilə yanaşı, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.