ATU-nun şöbə müdiri koronavirusa yoluxdu – Vəziyyəti ağırdırbackend

ATU-nun şöbə müdiri koronavirusa yoluxdu – Vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.

TİA.AZ  xəbər verir ki, bu barədə jurnalist Fərəh Sabirqızı məlumat yayıb.

“Bu adam pandemiya başlayandan xəstəxanadan çıxmırdı. Bu müddətdə yüzlərlə xəstə xilas edib. “Facebook” vasitəsilə insanlara yalvarırdı ki, qorunmaq lazımdır. Praktikasını bölüşürdü. Vaxt tapan kimi də ayrı xəstəxanalarda həkim dostlarına köməyə gedirdi. İndi özü yoluxub…”

Cavid Paşayevin hazırda reanimasiya şöbəsində olduğu bildirilir. Məlumata görə, 3 gün ərzində virus proqress edib, Paşayevin ciyərinin əksəriyyəti zədələnib.

C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.