ATOR: “Rusiyada bu yay demək olar ki, heç bir xarici turist olmayacaq”backend

ATOR: “Rusiyada bu yay demək olar ki, heç bir xarici turist olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) bu yay Rusiyada çox az sayda xarici turist olacağını bildirib.

TİA.AZ-ın məlumatına görə, bu ilin yay mövsümündə görməli yerləri gəzən turistlərin axını COVID-19 pandemiyasından əvvəlki dövrlə müqayisədə 95%-dən çox azalacaq.

Belə ki, Avropa, Çin, Yaponiya, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinin vətəndaşları tərəfindən Rusiyaya tələbat praktiki olaraq dayanıb.

Assosiasiya bu vəziyyətin bir neçə səbəbini açıqlayıb: nəqliyyatın qiyməti kəskin artıb və bir sıra ölkələrdən Rusiyaya birbaşa uçuşlar yoxdur, viza məhdudiyyətləri və elektron viza imkanı yoxdur, turistlər Visa və Mastercard kartları ilə ödəniş edə bilmirlər, bəzi brendlər Rusiya Federasiyasını tərk edib.