“Atletiko” UEFA Super Kubokunun qalibi oldubackend

“Atletiko” UEFA Super Kubokunun qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Super Kubokunun qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, həlledici qarşılaşmada iki Madrid təmsilçisi – ÇL-in qalibi “Real” və Avroliqanın qalibi “Atletiko” üz-üzə gəliblər.

Matç Tallində keçirilib.

“Real” görüşün 1-ci dəqiqəsində Diyeqo Kostanın vurduğu qolla məğlub duruma düşsə də, Kərim Benzema hələ fasiləyə qədər hesabı bərabərləşdirib.

İkinci hissədə isə Serxio Ramos penalti zərbəsi ilə “Real”ı hesabda irəli çıxarıb. Amma yenə də Diyeqo Kosta tarazlığı bərpa edib – 2:2.

Qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyiblər və hakim əlavə vaxt təyin edib.

Görüşün bu hissəsi isə “Atletiko”nun üstünlüyü ilə keçib. “Real”ın qapısına daha 2 dəfə (Saul və Koke) yol tapan “Atletiko” 4:2 hesabı ilə qalib gəlib və fəxri mükafata sahib çıxıb.