Tribuna İnformasiya Agentliyi

ATƏT-in iclasında mühüm Qarabağ müzakirəsi

08 Dekabr

Bu gün Hamburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının ikigünlük iclası başlayıb. Bu gün Hamburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının ikigünlük iclası başlayıb.

AzVision.az xəbər verir ki, 50 ölkənin XİN başçısının qoşulduğu və çox ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilən görüşün proqramına Ukraynada münaqişənin və Suriyada müharibənin müzakirəsi məsələləri daxil edilmişdi. İclasın ilk günündə rəsmilər çıxışları zamanı diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldiblər.
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi “ikinci nəfəs” əldə etməlidir. Onun sölərinə görə, münaqişənin nizamlanması ilə bağlı danışıqlarda vasitəçilik üçün ATƏT-in Minsk qrupu formatı mövcuddur və lazımdır ki, bu proses “ikinci nəfəs” qazansın: “ATƏT Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı narahatdır. Aprel ayında vəziyyətin gərginləşməsi münaqişənin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirdi. Bu hadisə göstərdi ki, atəşkəsi möhkəmləndirmək və münaqişənin düzgün həll yolunu tapmaq üçün düzgün müzakirələr apardığımıza əmin olmağımız nə qədər vacibdir.

Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında bildirib ki, Aİ Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində irəliləyişin əldə olunmasını gözləyir: “Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən təkliflər ətrafında danışıqlar aparılamlıdır. Biz də probelmin mövcud formatlar çərçivəsində həllinə dəstək verməyə davam edəcəyik”.
“Cənubi Qafqazda həll olunmamış münaqişələrin həlli tərəflərinin siyasi iradəsindən asılıdır. Münaqişənin bütün tərəflərini qane edəcək həllərin axtarışı üçün səylərimizi ikiqat artırmaq məqsədilə yeni qüvvələr və yeni yanaşmalar tətbiq etmək lazımdır”. Bu fikirlər isə təşkilatın baş katibi Lamberto Zannyerə aiddir. O, qeyd edib ki, danışıqlar formatına yeni enerji verməyə və yeni yanaşmalara ehtiyac var.
ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında Dağlıq Qarbağa münaşəsindən danışıb. O, qeyd edib ki, Azərbaycan, Moldova və Gürcüstanda davam edən münaqişələr Avropanın təhlükəsizliyini pozmağa davam edir: “Avropanın üzləşdiyi təhlükə tək Ukraynada deyil. Burada Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı münaqişələri də var”.

 

Avstriyanın xarici işlər naziri Sebastyan Kurts isə bildirib ki, ATƏT məkanında mövcud olan münaqişələri hərbi yolla həll etmək mümkün deyil: “ATƏT onların həllində mühüm rol oynayır. Qarabağda hərbi toqquşmalar daxil olmaqla, 2016-cı il ATƏT məkanında bir sıra çağırışlarla yadda qalıb”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz çıxışında qeyd edib ki, ATƏT məkanında mövcud olan “dondurulmuş” münaqişələrin qarşısı alınmalıdır: “Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi “dondurulmuş” münaqişələr uzun müddətdir davam edir. Bu münaqişələrin həlli bizə olan etimadı təhdid altına alır”. 

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə öz növbəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbulolunmazdır və Bakı ümid edir ki, ATƏT bu münaqişənin həllində aparıcı rol oynayacaq: “Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi aprel ayında qoşunların təmas xəttində eskalasiyaya səbəb olub. Sankt-Peterburqda iki ölkə prezidentinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlaması ilə bağlı müsbət addımlar atılmışdı və Bakı ümid edir ki, ATƏT bu münaqişənin həllində aparıcı rol oynayacaq. Biz Vyana və Sankt-Peterburq müzakirələrini yüksək qiymətləndiririk və hesab edirik ki, bunlar düzgün istiqamətdə atılan addımlardır. Həmsədrlərə və xüsusilə Rusiya prezidenti Vladimir Putinə bu istiqamətdə səylərinə görə təşəkkür edirik. Bu dinamikanı saxlamaq lazımdır”.

Nazir bildirib ki, münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat əlaqələrinin bərpası və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ümumilikdə münaqişənin həllinə imkan verəcək: `Bu yanaşma BMT-nin müvafiq qətnamələrində də göstərilib`.