Atəşgah Sığortanın min oyunu var bir qazinin pulunun başında – “7 iş günü artıq martın 2 -sində 17 iş günü olur…”backend

Teref.az yazır ki, Qarabağ qazisi Elnur Abdullayev vətən uğrunda canından keçən qəhrəman oğullardandı. Dövlətin ona verdiyi maşını vurublar SİĞORTA qazini süründürür…
Qazi Elnur Abdullayevin öz dilindən yazılan yazını sizlərə təqdim edirik.
(Deməli, yanvarın 24. Maşınımı vurub aşırdıblar. Vuran tərəfin sığortası “Atəşgah” sığortadı. Məndən qəzayla bağlı bütün sənədləri istədilər. Tələb olunan sənədlərin hamısını verdim. 11 gündən sonra maşınımı servisə qüsur aktı çıxarmaq üçün apardılar. Sonra zəng edib maşını servis düzəltmir, gəlin baş ofisə maşına qiymət qoyaq hesabınıza razılaşmış pulu köçürək dedilər. Biz 4200 man razılaşdıq. 14 fevralda ərizəmi götürdülər, mənə dedilər ki ərizə verilən gündən 7 iş günündə hesabına məbləğ köçürüləcək.

Hətta dedilər ki qazi olduğunuz üçün sizə maksimum 4 günə yüklənəcək. (Guya hörmət edirlər). 20 fevralda yenidən məndən şəxsiyyət vəsiqəmin şəkilin vatsappla istədilər.

( bu qədər vaxta bunlar görmürmüşlər ki vəsiqəmin kopyası tünd düşüb). Hər gündə məlumat mərkəzlərinə zəng edirdim.

Hər gün sabah köçəcək. Nahardan sonra köçəcək deyib yola verirdilər. Belə belə günləri uzadırdılar. 26 fevralda mənə zəng eliyib bank rekvizitlərimi yenidən istədilər. Mən bu sənədlərin hamısını hadisədən 4 gün sonra toplu şəkildə sığortaya təqdim etmişdim. 26 fevralda mən onlarla çox aqressiv danışdım.mənə tam əminlikle dedilər ki bugün köçürdürük. 27 si nahardan sonra gedin alın. Məndə 27 si banka getdim köçməmişdi. Yenə sığortaya zən vurdum dedilər biz pulu vurmuşuq. Bankda hesabımda pul olmurdu. Sonra mənə dedilər 28 i səhər gedin götürün. Getdim olmadı. Yenə zəng vurdum dedilər saat 3 də yüklənəcək.

Saat 5 ə işləmiş getdim yüklənməmişdi. Getdim sığortanın Sumqayıt filalına. Hay küy elədim.

Zəng vurdular baş mühasibə, yanımda danışdılar. Mühasib dedi ki, mənə bu günə kimi bank rekvizitlərin sığortanın işçiləri düzgün göndərməmişdilər. Guya həftənin birinci günü, yəni martın 2 si pul bankda olacaq. Mənə dedikləri 7 iş günü artıq martın 2 sində 17 iş günü olur. Ümumiyyətlə əgər martın 2 si pul verilsə hadisədən 37 gün olacaq ki, məni bu qədər süründürdülər. Hər zəng eləyəndə sabah nəbilim birisi gün deyirdilər. Atəşgah sığortanın işi bax budur)
Qazimiz Elnur Abdullayevə o maşın dövlət tərəfinden verilib və demək olar ki heyat fəaliyyetinin çoxunu o maşınla həyata keçirir. Şəxsi ehtiyacları ücün istifadə olunur. İndi haqlı olduğu halda bir zərərcəkmişi bu qədər incitmək hansi qanunda yazılıb? üstəlik Qarabağ əlili.
TİA.AZ  olaraq Atəşgah Sığortanın mövqeyini dinləməyə hazırıq.