“ATƏŞGAH SIĞORTA”NIN BOYKOT EDİLMƏSİNƏ ÇAĞIRIŞ – ŞİKAYƏTLƏR/FOTOLARbackend

“ATƏŞGAH SIĞORTA”NIN BOYKOT EDİLMƏSİNƏ ÇAĞIRIŞ – ŞİKAYƏTLƏR/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atəşgah Sığorta” vətəndaşın təzminatını ödəmir. TİA.Az məlumat verir ki, Nizami Sərxanov artıq bir aya yaxındır ödənişini ala bilmir. Onun şikayətin görə, baxmayaraq ki 5 iş günü ərzində tamamlanır: “Qaynar xətt” də bütün işçilərə yönləndirsədə də hər işçi başqa nömrə verir. Mənə elə gəlir bütün işçilərlə danışmışam artıq, amma pulu köçürən tapılmır ki, tapılmır. Hər kəs vaxt uzadır. Pul çıxınca canları çıxır”.
Daha bir şikayətçi isə Cəlil Türksoydur. Şirkətin müştərisi deyir ki, avtomobilibə dəymiş ziyanın yarısını qiymətləndirməsinə baxmayaraq 200 manat məbləğ ödənilmir: “Səbəb yoxdur, hər şey qaydasındadır. Lakin ödəmə 2 həftə öncə olunacağı deyilsə də hər yeni həftə, bu həftə ödəniləcək deyilərək vaxt uzadırlar.Qaynar xətləri konkret xidmət göstərmirlər, nə zaman zəng etsəm aidiyyatı qurumu yönəldirik deyirlər. Mən belə başa düşürəm ki aidiyyəti qurum ümumiyyətlə yoxdu bu şirkətdə. Çünki bu vaxtlarda hələ bir nəfər zəng edib soruşmayıb ki şikayətin nədəndir. Sizi bu şirkətin xidmətlərindən istifadə etməyəməyə dəvət edirəm.
Mən normal və düzgün xidmət aparan bir sğorta şirkəti kimi bilirdim bunları 200 manata bu hərəkəti edənlər yüksək məbləğ olsa şirkəti bağlayıb gedərlər düşünürəm”.
Qeyd edək ki, “Atəşgah sığorta” şirkətindən tez-tez şikayətlər olur. Bu da sığorta bazarında gedən rəqabətdə şirkətin imicinə böyük zərbə vurur və vətəndaşların etimadını azaldır. İnsanlar güvənli, dəqiq işləyən şirkətlərə bel bağlayır. Son vaxtlar isə bu şirkətdən narazılıqlar artıb.

TİA.Az