Tribuna İnformasiya Agentliyi

Atası məşhur mahnının müəllifidir… – Yeni nazir müavini kimdir?

29 Dekabr
Xəbər verdiyimiz kimi, Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

Yenicag.az-ın məlumatına görə, bu vəzifəyə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru Elnur Soltanov layiq görülüb.

Qeyd edək ki, Soltanov Elnur Zabit oğlu əslən Zərdabın Məlikli kəndindəndir. Özü isə Mingəçevirdə dünyaya gəlib.

Yeni nazir müavininin mərhum atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olub. Elnur Soltanovun atası məşhur “Gecələr” mahnısının müəllifi olsa da, o, bu günədək müəlliflik hüququnu bərpa edə bilməyib.
Elnur Soltanovun böyük qardaşı 10 yaşında ikən dünyasını dəyişib.

E.Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını alıb.

Bundan başqa o, 2000-2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışıb.

ADA Universitetində çalışmağa başlamazdan öncə, Soltanov Truman Dövlət Universitetində çalışıb.