Atadan 11 aylıq körpəsinə VƏHŞİLİK: Qəsdən yerə çırpdı – uşağın anası danışdı – VİDEObackend

Atadan 11 aylıq körpəsinə VƏHŞİLİK: Qəsdən yerə çırpdı – uşağın anası danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda tükürpədən cinayət olub. Ata 11 aylıq körpəsini küçəyə çıxararaq onu anasının gözləri önündə yerə çırpıb. Ağır xəsarət alan körpə qonşular tərəfindən dərhal xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
TİA.AZ xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Xaqan Dadaşov küçəsində fərdi evlərdən birində qeydə alınıb.
Uşağın anası Pərvanə Ağakərimova “Xəzər Xəbər”ə deyib ki, 30 yaşlı Samir Ağakərimovla 2013-cü ildə ailə həyatı qurub. Onların birgə nigahlarından bir qız və iki oğlan övladı var. Üzünün efirdə görünməsini istəməyən qadın iddia edir ki, həyat yoldaşı bu hadisəni qısqanclıq zəmnində törədib.
Pərvanə Ağakərimova deyir ki, həyat yoldaşı əvvələr proqramist işləyirmiş, amma 6 ay olar ki, işdən çıxıbmış.
Ağır kəllə-beyin travması alan körpə qonşuların köməyi ilə hadisədən sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Həkimlər uşağın vəziyyətinin orta ağır olduğunu deyirlər.
Həyata keçirilmiş əməliyyat nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlın onun barəsində cinayət işi başlanıb,istintaq gedir.