“AtaBank əməliyyatı”na başlanılması üçün tələb olunan qanun imzalandıbackend

“AtaBank əməliyyatı”na başlanılması üçün tələb olunan qanun imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Beləliklə, qanun qüvvəyə minir. 

TİA.AZ xəbər verir ki, sənədlə qanunun 3-cü maddəsində dəyişiklik olunub.

Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti daha 9 ay artırılaraq bu il dekabrın 4-nə qədər müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirmişdi ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin bu il dekabrın 4-nə qədər uzadılması barədə qanun qüvvəyə minən kimi “AtaBank” ASC ilə məşğul olacaqlar:

“Atabank”la bağlı narahatlıq var və bunun da obyektiv səbəbi mövcuddur. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılan kimi işə başlayacağıq. Bu məsələ hər gün hökumətdə müzakirə edilir”.

İlk növbədə “AtaBank”da əmanət yerləşdirmiş vətəndaşların pullarının geri ödənilməsi nəzərdə tutulur.

__________________________________________________________________________________________________________________________________________

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 395; 2019, № 1, maddə 31, № 2, maddə 204) 3-cü maddəsində “4 (dörd) il” sözləri “4 (dörd) il 9 (doqquz) ay” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2020-ci il.