“Ata Sığorta” niyə dəymiş ziyanın pulunu ödəmir? – GİLEYbackend

“Ata Sığorta” niyə dəymiş ziyanın pulunu ödəmir? – GİLEY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayon sakini Vüsal Abubəkirov “Ata Sığorta” şirkətindən şikayətçidir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, bu il noyabrın 12-də rayonun Heydər Əliyev prospektində günorta saatlarında 45 BB 606 “VAZ 21 07” markalı maşınla hərəkət edən zaman “Ford” markalı 99 CA 192 nömrəli maşını arxadan vurub: “Həmin an maşını sığortaladığım “Ata Sığorta” şirkəti ilə əlaqə saxladım. Şirkətin Göyçay filialının əməkdaşı gəlib hadisəni aktlaşdırdı. Aktda qarşı tərəfə 280 manat ziyan dəydiyi qeyd edildi. Dedilər ki, ziyan 15 iş günü ərzində ödəniləcək. Ancaq üstündən bir aydan da artıq vaxt keçməsinə baxmayaraq, qarşı tərəfin maşınına dəyən ziyan ödənilmir. Hər dəfə müxtəlif bəhanələr gətirirlər və deyirlər ki, büdcələrində pul yoxdur”.

Vətəndaşın müraciəti ilə bağlı “Ata Sığorta” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən saytımıza bildirildi ki, qarşı tərəfə dəymiş ziyan bir-iki gün ərzində ödəniləcək.