Ata boşanan qızını kürəkəninə ərə verdi – Azərbaycanda ŞOK olaybackend

Ata boşanan qızını kürəkəninə ərə verdi – Azərbaycanda ŞOK olay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yardımlıda şok hadisə baş verib.
Bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib:

“Yardımlı rayonundan qadın ayaqyalın Bakıya gəlib. Danışdıqları ilə isə biz ilk dəfədir qarşılaşırıq. Demək qadın 3 il evli olub sonra ayrlıb və atasının evinə gəlib. Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib.Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəsifəsində çalışır.Ata qızına bildirib ki,bacın (məktəb direktoru ilə) evlidir ona yaxşı baxır sənə də yaxşı baxacaq,imkanı yaxşıdır sən də onunla evlənməlisən..Məktəb direktoru qıza məcburi kəbin kesdirib,qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini “Səninlə kəbin üçün 40 manat vermişəm mən”deyərək evinə aparmaq istəyib.Bundan əlavə Yardımlı rayon polisinin şöbəsinin əməktaşı,ataya,və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orda tapa biləcəkləri barədə məlumatlar verib.Hazırda qadının atası,qardaşı qadının evə qayıtması üçün təyziqlər edirlər.Binəqədi Rayon Polis idarəsi sağolun ki,qadınla dərhal məşğul olub,ilkin qida və geyimlə təmin edib sığınacağa gətirdiz”.
Bakupost.az