backend

Astroloji proqnoz – 1 fevral

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – Qanimed və Kallistonun münasibətləri bu gün sakit yaşam ritminə əməl olunmasını istəyir. Sağlam qidalanın, həmişəki adətlərinə xilaf çıxmayın. Təmiz havada mümkün qədər çox vaxt keçirməyə çalışın. 

Qoç – Qanimed və Kallistonun münasibətləri bu gün sakit yaşam ritminə əməl olunmasını istəyir. Sağlam qidalanın, həmişəki adətlərinə xilaf çıxmayın. Təmiz havada mümkün qədər çox vaxt keçirməyə çalışın.

Buğa – günün ikinci yarısı və axşam saatlarında emosional problemləri yoluna qoymaq o qədər də asan olmayacaq. İnadkar, güzəştlərə getməyən adam olmayın. Tək çalışmaq və kənardan təsirlərin, müdaxilələrin arzuolunmaz sayılan işləri əvvəlcədən planlaşdırın.

Əkizlər – baş verənləri diqqətlə izləyin. Yalnız sizi narahat edən və ya məşğul olduğunuz iş mühüm deyil. Bu məqamı nəzərdən qaçırmayın.

Xərçəng – Ay və Saturnun münasibətləri sizi çoxdan narahat edən suallara cavablar və ya həyatınız üçün hazırda gərəkli olan məlumatların alınmasını vəd edir. Hansısa məqam narazılıq yaradarsa, dərhal hərəkətə keçin, situasiyanı dəyişin, vəziyyətə kontrol etməyə çalışın.

Şir – bütün problemlər və maneələrə rəğmən, informasiya axını səngiməyəcək. Köhnə fayllar, uzaq rəflər və ya dolablarda mühüm məlumat, sənəd aşkarlana bilər. Təmizlik aparın, fikir və planlarınızı qaydaya salın.

Qız – Pluton və İonun münasibətləri emosional gün vəd edir. Hisslərinizə nəzarət edin, yalnız düşünüb-daşınandan sonra qərar verin.

Tərəzi – şəxsi münasibətlərdə sevdiyiniz insanın narazılığını duyacaqsınız. Maraqlarınız tapdana bilər. Anlaşılmazlıqları dəf etmək, yaxın ətrafınızda normal vəziyyətin bərqərar olması üçün səy göstərməli olacaqsınız.

Əqrəb – işdə və ailədə mübahisələrə, münaqişələrə yol verməyin. Alış-veriş günü deyil. Bu gün qısqanclığa səbəb olmaq, emosiyaların diqtə etdiyi addımlar atmaq təhlükəlidir.

Oxatan – şəxsi münasibətlərdə gərginlik yaranacaq. Səhv etmək, başqasının xətrinə dəymək riski artır. Sizin üçün önəmli olan insanda söhbətdə yersiz kəlmələr söyləməyin, lazımsız insana diqqət göstərməyin.

Oğlaq – Venera və Marsın münasibətləri hadisələrin sürətlə cərəyan edəcəyi gün vəd edir. İzafi kəlmələr söyləmək üçün hisslərinizə nəzarət edin.

Dolça – düşünülməmiş söylənən kəlmələrinizdən bədxahlarınız, sizə qarşı intriqalar hazırlayanlar yararlana bilərlər. Təmas dairəsini doğru seçin, həddən artıq aşkar danışmayın.

Balıqlar – öhdəliklər və daxili tabularınızı pozmayın. Gərəksiz əlaqələr, pis vərdişlərdən qurtulmaq gərəkdir. Ehtiyac yaranarsa, tərəfdaşlarla maliyyə və əmlak məsələlərini müzakirə edin.