Astarada qaziyə zibil daşımaq təklif edildi – Videobackend

Astarada qaziyə zibil daşımaq təklif edildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Astara Rayon İcra Hakimiyyəti qazilərin şikayətinə baxmır”.

TİA.AZ xəbər verir ki, bu sözləri Vətən Müharibəsi qazisi Məlik Məlikov Baku TV-ə müsahibəsi zamanı deyib.
O bildirib ki, müharibəyə getdiyini anasından gizlədib.

“Müharibədən sonra müalicələrim davam edir. Ev məsələmə görə dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm, iş istəmişəm. Mənə zibil daşımağı təklif etdilər. Bunu özümə ayıb bilmirəm, amma 250 manat maaş mənə necə bəs etsin?”, – deyə o qeyd edib.

Qazi dəfələrlə Astara rayon icra başçısının qəbuluna getsə də ona icra başçısının məzuniyyətdə olduğunu, gah da yerində olmadığını deyərək qəbul etməyiblər.

Məlik Məlikov bildirib ki, ona məxsus torpaq sahəsi də əlindən alınıb.

Ətraflı videosüjetdə: