Astara xəstəxanasından şikayət: “Soğan alıb infeksiyadan qorunmağa çalışırıq”-VİDEObackend

Astara Rayon Mərkəzi Xəstəxanasında koronavirus şübhəsi ilə saxlanılan İrandan qayıdan azərbaycanlılar xəstəxanada spirt, tibbi maska tapa bilmədiklərini deyirlər.

Bu barədə sosial şəbəkədə videolar paylaşılır.

Xəstəxanada saxlanılan şəxslər iddia edirlər ki, sağlamlıqları ciddi təhlükə altındadır:

“Bu videoları çəkməkdə məqsədimiz bizi süni-ajiotaj yaratmaqda ittiham edən şəxslərə mövcud vəziyyəti sübut etməkdir. Əgər həqiqətən virus təhlükəsi varsa, biz razıyıq. Tədbir görülsün, xəstəlik yayılmasın. Amma bu şəraitdə hansı xəstəliklə mübarizə aparmaq olar? Onlar bizi karantində saxlayır? Belə karantın olar? Üç gündür xəstəxanada su gəlmir. Biz nə paltarlarımızı dəyişə bilirik, nə yuyuna bilirik.

Belə xəstəxana şəraiti olar? Mətbəxdə antisanitar vəziyyətdir. Bu palatada insan xəstəlik tapar. Yemək verən yoxdur. Bizə spirt, tibbi maska, tərlik də verilmir. Tibb bacısı deyir ki, xəstəxanaya nə spirt, nə tibbi maska verilmir. Soğan alıb infeksiyadan qorunmağa çalışırıq. Xahiş edirik ki, bizə kömək edin. Biz burada qalmaq istəmirik”.

Həmin videogörüntüləri təqdim edirik:

TİA.AZ