Tribuna İnformasiya Agentliyi

Astananın adı dəyişdirilir – Nazarbayev şəhəri

23 Noyabr

Qazaxıstan parlamentinin deputatları paytaxt Astananın adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb. 

Qazaxıstan parlamentinin deputatları paytaxt Astananın adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.



TİA.AZ azVision.az-a istinadən xəbər verir ki, deputatlar paytaxtın adının dəyişdirilərək Nursultan Nazarbayevin adının qoyulmasını istəyirlər.

Parlamentarilər bu təşəbbüsü Qazaxıstan qanunvericilik orqanın hər iki palatasının birgə iclasında səsləndirib.

“Ölkə konstitusiyasında inkişafa verdiyi böyük töhfəyə görə, ölkənin ilk prezidenti – xalqın lideri Nursultan Abışeviç Nazarbayevin adını vurğulamağı təklif edirik. El başı (xalqın lideri) paytaxtın adında və digər önəmli obyektlərdə öz əksini tapmasını istəyirik”, – deyə Qazaxıstanın müstəqilliyinin 25 illiyi ilə bağlı hazırlanan bəyanatda bildirilir.