“AST Telman”ın qohumuna 8 il həbs: “Ferrari” qalmaqalıbackend

“AST Telman”ın qohumuna 8 il həbs: “Ferrari” qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“AST” Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun qohumuna hökm oxunub. 33 yaşlı Vüqar Babayev qonşusunun “Ferrari”sini satmaq adıyla onu aldatmaqda təqsirli bilinib.

Bizimyol.info xəbər verir ki, V.Babayevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 177-ci (oğurluq) maddələrilə təqsirli bilinib. V.Babayev qonşunu aldatmaqla yanaşı, bir müddət kirayə qaldığı evdəki məişət əşyalarını da oğurlamaqda günahlandırılıb.

Lakin o, oğurluq ittihamını qəbul etmir. “Ferrari” ilə bağlı məsələyə gəlincə, özünü qismən təqsirli bilir.

“Ferrari”nin sahibi Azərbaycanın ən böyük alternativ enerji təminatçısı sayılan “Alten Group”un icraçı direktoru Elmar Heybətov olub. Onlar V.Babayevlə eyni binada yaşayıblar. V.Babayev binanın mühafizəçisindən eşidib ki, qonşusu “Ferrari”sini 230 min dollara satmaq istəyir. O, avtomobili almaq istədiyini bildirib. Deyib ki, pulun bir hissəsini bankdan götürəcək. Qonşu ona bu maşına görə etibarnamə verib. Əvvəlcə E.Heybətovun həyat yoldaşına 5 min dollar verib. Daha sonra pul verilməyib. Məsələyə E.Heybətovun tanışı olan hüquqşünas Aslan İsmayılov da müdaxilə edib, V.Babayevlə əvvəl telefonla danışıb, sonra görüşüb. Bundan sonra V.Babayev maşının pulundan 20 min bir, 15 min də bir olmaqla, 35 min dollar da qaytarıb. Qalan məbləğ verilmədiyinə görə E.Heybətov ondan polisə şikayət edib.

V.Babayev məhkəmədə bildirib ki, “AST Telman”ın qardaşı Çingiz İsmayılovun nəvəsidir.

********************************************************************************

 

 

Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/