Tribuna İnformasiya Agentliyi

AST Telman “Mardan Palace”ni geri qaytarır

11 Noyabr

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” otel kompleksinin satışı ilə bağlı tender ləğv edilib. 

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” otel kompleksinin satışı ilə bağlı tender ləğv edilib.

 

TİA.AZ “Habertürk”-ə istinadən xəbər verir ki, tenderin ləğvinə səbəb Türkiyənin “Halk Bankası”nın bu tələbdən imtina etməsidir.

Xatırladaq ki, otelin banka borcu olduğundan maliyyə təsisatı Antalya Dördüncü İcra Şöbəsinə müraciət edərək kompleksin açıq tenderə çıxarılması barədə vəsatət qaldırıb.

Lakin son anda bankın vəsatətindən imtina etməsi səbəbindən tender ləğv edilib. Buna baxmayaraq, “Garanti Bankası” otelin satışa çıxarılmasına israr edib. Daha sonra “Xalq Bank” satış tələbini rədd etsə də, “Garanti Bank” öz tələbindən imtina etməyib. Satışa çıxarılan hotel tenderin yeganə iştirakçısı olan “Xalq Bank” tərəfindən 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb.

Maraqlıdır ki, bundan dərhal sonra T. İsmayılova məxsus AST şirkətlər qrupu tenderin nəticəsinin ləğvi üçün məhkəməyə müraciət edib. Bir müddət davam edən məhkəmə prosesinin sonunda tenderin nəticələri ləğv olunub.

“Mardan Palace” otelinin icraçı direktoru Çetin Pehlivan bildirib ki, 2016-cı il kompleks üçün “böhran içində böhran” olub: “Bu müddət ərzində biz çətin mübarizə apardıq. Bir il davam edən mübarizə “Mardan Palace” kompleksinin lehinə bitib. Otelin satışı ilə bağlı keçirilən tenderin nəticələri ləğv edilib. Kompleksin borcunun məbləği kapitalının 7%-nə bərabərdir: “Məhkəmə bunu nəzərə alaraq tenderin nəticələrini ləğv edib. Biz bankları qarşısındakı öhdəliyimizi yerinə yetirmək üçün müxtəlif variantlara üzərində çalışırıq”.

Qeyd edək ki, “Mardan Palace” 2009-cu ildən etibarən fəaliyyətə başlayıb. Onun tikintisinə 1,4 mlrd. dollar vəsait xərclənib.