AŞPA Tofiq Yaqublunun azadlığa buraxılmasını alqışladı – Həmməruzəçilər bəyanat yaydıbackend

AŞPA Tofiq Yaqublunun azadlığa buraxılmasını alqışladı – Həmməruzəçilər bəyanat yaydı

“Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması alqışlanası ilk addımdır”.

TİA.AZ “azadliq.org”-a istinadla xəbər verir ki, bunu AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ser Roker Geyl və Stefan Şennak, həmçinin Azərbaycanda siyasi məhbus işləri üzrə həmməruzəçi Sunna Evarsdottir bu gün yaydıqları bəyanatda bildiriblər.

“Bu bizə Azərbaycan hakimiyyətinin Yaqublu barəsində hökmdən narahatlığımızı yoluna qoyacağı, onun işinə Avropa Şurasının ədalətli məhkəmə standartlarına uyğun baxacağına dair ümid yaradır. Cənab Yaqublunun aclıq aksiyasını dayandırması qərarı da gərginliyimizi azaltdı”, – bəyanatda vurğulanır.

Xatırladaq ki, Milli Şuranın və Müsavat partiyasının üzvü olan T.Yaqublu sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarıyla ev dustaqlığına buraxılıb, məhkəmənin hazırlıq iclası sentyabrın 28-də davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki