AŞPA Aleksey Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul etdibackend

AŞPA Aleksey Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Aleksey Navalnının həbsi ilə bağlı qətnamə qəbul olunub.
Qurum “Aleksey Navalnının saxlanılması və həbsi” adlı sənəddə Rusiyanı məhkəmənin qərarını icra etməyə, A.Navalnını azadlığa buraxmağa çağırıb.
Qətnamədə həmçinin bildirilib ki, ona lazımi tibbi yardım göstərilməli və hüquqlarına tam hörmət edilməlidir.
Eyni zamanda sənəddə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin A.Navalnının saxlanıldığı yeri ziyarət edə bilməsi üçün şəraitin yaradılması, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin qətnamənin icrası ətrafında qurumla əməkdaşlıq etməsi və digər bu kimi tövsiyələr də yer alıb.