ASLAN İSMAYILOV ABŞERONUN BAŞÇISINI YAŞILLIQLARI QIRMAQDA İTTİHAM ETDİbackend

ASLAN İSMAYILOV ABŞERONUN BAŞÇISINI YAŞILLIQLARI QIRMAQDA İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış hüquqşünas Aslan İsmayılov Abşeron rayon icra başçısı Abdin Fərzəliyevin “yaşıl soyqırımı” həyata keçirdiyini açıqlayıb. TİA.Az xəbər verir ki, vəkil icra başçısının ağaclara qənim kəsildiyini bildirib. “Artıq bir aya yaxındır ki, “Ekologiya postu” adlandırılan yerin yaxınlığında, Abşeron rayonu ərazisinə aid olan hektarlarla meşə zolağının qəsdən qurudulub yandırılması barədə materiallar paylaşıram. İlk günlərdən həmin ərazisinin hansısa obyekt üçün bilərəkdən qurudulmasını yazdım. Fikir verən olmadı. Bir müddət sonra orada yanğın baş verdi. Bu dəfə də paylaşım edib yenə orada obyekt tikiləcəyini yazdım. Yenə susqunluq”, -deyə İsmayılov qeyd edib.


Onun sözlərinə görə, sonuncu dəfə isə həmin ərazidə artıq tikilən obyektin 2-ci mərtəbəsinin tamamlandığını paylaşıb: “Bir nəfər də reaksiya verməyib, hərçənd ki, bu boyda hadisəni Ekologiya və Təbiir Sərvətlər Nazirliyinin, Prezident Administrasyası rəhbərliyinin bilməməsi mümkün deyil. Abşerona yeni təyin olunmuş başçı Abdin Fərzəliyevin Nərimanov rayonunun yaşıllığının necə məhv etməsini, hər yerdə yaşıllıqlar yerində, insanların istirahət üçün nəzərdə tutulmuş həyətlərində obyektlər ucaltmasını bütün ölkə bilir. Bir vaxtlar onun həbsi xəbərləri də gündəm idi. İndi Fərzəliyev sələfinin sona çatdırmadığı əməllərini – yaşıllıqları məhv etməklə davam edir”.

TİA.Az