Tribuna İnformasiya Agentliyi

Aşıq Azər Xanlaroğlu saz sədası altında dəfn olundu – Video

12 May

Azərbaycanın ustad aşıqlarından olan aşıq Xanların oğlu aşıq Azər Xanlaroğlu dünyasını dəyişib

Trend-in məlumatına görə, aşıq Azər bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib.
Uzun sürən xəstəlikdən sonra vəfat edən aşıq Azər Xanlaroğlu dəfn olunub.
Musavat.com xəbər verir ki, aşıq Badamdar qəbirstanlığında saz havası sədaları altında torpağa tapşırılıb.
Qeyd edək ki, Azər Xanlaroğlu bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib. O, hepatit C və Fil xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, aşıq Azər Xanlaroğlu ötən gün səhhətindəki problemlə bağlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada komatoz vəziyyətinə düşüb.
A.Xanlaroğlu hepatit xəstəliyindən əziyyət çəkirdi.